"Qarabağ" Çempionlar Liqasına heç-heçə ilə başladı
21:34 10 İyul 2019
"Qarabağ" komandası UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçını keçirib.
Femida.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Albaniyanın paytaxtı Tiranada "Partizani"nin qonağı olub. "Selman Stermasi" stadionunda oynanılmış qarşılaşma qolsuz yekunlaşıb - 0:0.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə zədəli Bədavi Hüseynov, eləcə də cəzalı yeni transfer Aylton Silvanın xidmətlərindən yararlana bilməyib. Əvəzində daha bir yeni oyunçu Xayme Romero debüt edib. İspaniyalı hücumçu 62-ci dəqiqədə həmyerlisi Dani Kintananın əvəzinə meydana daxil olub.
Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər azsaylı fərqlənmək imkanlarını boşa veriblər.
Qeyd edək ki, cavab görüşü iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.
Femida.az
Oxunub: 463
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağ separatçılarından biri Rusiyada həbs edilib
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb