Rövşən Rzayev vətəndaşlarla görüşüb
17:48 16 İyul 2019
İyulun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Komitədən Femida.az-a verilən məlumata görə, məcburi köçkün statusu olan 40-dan çox vətəndaş fərdi qaydada qəbul edilib.
Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara bir daha bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.
Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.
Femida.az
Oxunub: 431
Oxşar xəbərlər
- Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edilib
- Rövşən Əkbərov apellyasiya şikayəti verib
- Rövşən Əkbərov məhkəmədə son söz deyib
- Rövşən Əkbərovun vəkili: "Nazim İbrahimov barəsində cinayət işi başlanılmalıdır"
- Rövşən Əkbərovun məhkəməsi təxirə salınıb
- Rövşən Əkbərovun məhkəməsi təxirə salınıb
- Rövşən Əkbərovun məhkəməsinin vaxtı məlum olub
- Rövşən Əkbərovun cinayət işi məhkəməyə göndərilib
- Rövşən Əkbərovun həbsinin səbəbi - Ukraynada QƏTL
- Rövşən Əkbərovun həbsi rəsmən təsdiqləndi