Şəhid uşaqları üçün yay düşərgəsi təşkil edilib
15:52 17 İyul 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində yeni bir istiqamət kimi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə şəhidlərin uşaqları üçün yay düşərgəsinin təşkili layihəsi reallaşdırılır.
Qurumdan Femida.az -a verilən məlumata görə, nazirlik Aprel şəhidlərinin uşaqlarından (23 nəfər), eləcə də azyaşlı olanların valideynlərindən (7 nəfər) ibarət 30 nəfər üçün İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində yay düşərgəsi təşkil edib. 17-26 iyul tarixlərini əhatə edəcək yay düşərgəsinin təşkilində məqsəd həmin uşaqların yay tətilini daha maraqlı və yaddaqalan, səmərəli keçirmələrinə şərait yaratmaqdır.
İstirahət müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, viktorinalar təşkil ediləcək. Onlar üçün həmin bölgənin mədəni-tarixi yerlərinə ekskursiyaların, intellektual yarışların və s. keçirilməsi də nəzərdə tutulur.
Oxunub: 473
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO