Polisləri aparan maşın qəzaya düşdü: Yaralılar var


13:48     07 Noyabr 2015 skoraya-pomosch29.jpg

Bakıda polis əməkdaşları avtomobil qəzasına düşüb.


Report-un xəbərinə görə, hadisə Suraxanın rayonunun Qaraçuxur qəsəbəsində baş verib.

Bakı sakini 1990-cı il təvəllüdlü Yusif İbrahimov idarə etdiyi KİA markalı avtomobillə Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) polis əməkdaşı serjant, 1989-cu il təvəllüdlü Kamran Həsənovun idarə etdiyi “Volksvagen Polo” markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində polis serjantı K.Həsənov və ekipaj üzvü, 1990-cı il təvəllüdlü Şahmar Abdullayev xəsarət alıb.

Yaralı polislər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 944