Qazaxıstanın Azərbaycandakı səfirinə yeni vəzifə verildi


09:51     19 İyul 2019 19_07_19_1563515583.jpg

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.


Femida.az Qazaxıstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq fərmanı dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.

Mətbuat xidmətindən bildirilib ki, eyni fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, B.İsabaev 2015-ci il martın 16-dan etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. / Report

Femida.az

Açar sözlər: #Qazaxıstan  

Oxunub: 489