Sevdiyi qıza görə özünü asdı - Xaçmazdakı intiharın təfərrüatı
14:39 20 İyul 2019
Xaçmazda intihar hadisəsi baş verib.
Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyulun 18-də Nərəcan kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Səfərov Mahir Nəbi oğlu özünü asaraq intihar edib.
Əldə etdiyimiz məlumata görə, Mahir sevdiyi qıza görə canına qəsd edib. Belə ki, imkansız ailənin övladı olan Mahirin ailəsi oğullarının sevdiyi qıza elçi getməsinə razı olmayıblar. Buna görə də 25 yaşlı gənc özünü asıb.
Hadisə baş verməmişdən öncə Mahirin sevdiyi qız onun anasına zəng edərək, oğlanın özünə nəsə edəcəyindən qorxduğunu bildirib. Zəngdən çox keçməyib ki, Mahir özünü asıb. Yaxınları mərhumu ipdən asılmış halda aşkarlayıblar. Bu zaman 25 yaşlı gənc çoxdan keçinmiş olub.
Qeyd edək ki, Mahir Səfərovun qardaşının hərbi xidmətdə olduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, Səfərovun əsgər qardaşı hadisədən xəbərsizdir.
Femida.az
Oxunub: 876
Oxşar xəbərlər
- Sevdiyi qızı evinə ötürüb öpən oğlanı bıçaqlayıb öldürdülər — Bakıdakı cinayətin təfərrüatı
- Sevdiyi qızı öldürdü, anasını yaraladı - 19 il həbs
- Sevdiyi qızı başından güllələyənin məhkəməsi başlayır
- Sevdiyi qız başqasıyla evləndi - Oğlan özünü asdı
- Sevdiyi qızdan "yox" cavabı aldı - ÖZÜNÜ ASDI
- Sevdiyi qadının qızı ilə də cinsi əlaqədə oldu - Doğulan uşağı öldürtdü - VİDEO