Lənkəranda avtomobil naməlum kişini vuraraq öldürdü


19:04     27 İyul 2019 vurdu.jpg

Lənkəran şəhərində avtomobil naməlum kişini vuraraq öldürüb.


Hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndi ərazisində keçən hissəsində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Qismət Şahraz oğlu Talıbov idarə etdiyi "Peugeot" markalı avtomobillə yolda hərəkət edən piyadanı vurub.

Vurulan şəxsin kimliyi hələ ki, müəyyən edilməyib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Onun 30-35 yaşlarında orta boylu kişi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Lənkəran  

Oxunub: 422