Dənizdə itkin düşən pilotun axtarışı ilə bağlı SON XƏBƏR
10:09 29 İyul 2019
“Pilotun axtarışları yüksək səviyyədə aparılır. Ümid edirəm ki, müsbət nəticə əldə olunacaq”.
Femida.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.
Politoloq pilotun axtarışının yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Axtarış çox mükəmməl şəkildə təşkil olunub və xeyli sayda texnik vasitədən istifadə edilir".
Q.Hüseynli qeyd edib ki, bu yaxınlarda Müdafiə naziri Zakir Həsənovla görüşü zamanı texniki vasitələrlə aparılan axtarışlar ona göstərilib və geniş məlumat verilib:
“Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin hərbçilərinin, texniki vasitələrinin hansı işləri gördüyü barədə məlumatlandırıldıq. Axtarışlara xeyli sayda mütəxəssis cəlb edilib. Sıravi əsgərlər də sahilboyu axtarış aparır. Ötən gün də axtarış zonasında olduq. Axtarışlarla bağlı ətraflı məlumat verildi. Məlumatlar bizdə nikbin əhval-ruhiyyə oyatdı ki, işlər qısa müddətdə başa çata bilər".
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.
Femida.az
Oxunub: 907
Oxşar xəbərlər
- Baş Prokurorluq: "Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıblar"
- Dünyada ilk dəfə Türkiyədə lazer silahlı pilotsuz uçuş aparatı sınaqdan keçirilib
- Prezident Azərbaycan və Türkiyə arasında pilotaj təliminə dair Sazişi təsdiqlədi
- Hərbi pilotlarımız Türkiyə səmasında
- “Anadolu Qartalı-2021” təlimində pilotlarımız tapşırıqları icra etdi
- AZAL-da qadın pilotlar işə başladı - VİDEO
- Müdafiə Nazirliyinin nümayəndə heyəti hərbi pilot Rəşad Atakişiyevin məzarını ziyarət edib
- Liviyada Türkiyənin pilotsuz təyyarəsi vurulub
- Pilot Rəşad Atakişiyev ölümündən sonra təltif edildi - FOTO
- İranda pilotsuz uçuş aparatı vurulub