Bakıda qatar taksini vurub - 5 nəfər xəsarət alıb


13:29     29 İyul 2019 2019/07/bee5d775-dadb-4619-bc7e-b3922986f8f7_1564392582.jpg

Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.


Femida.az xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: "Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır".

Femida.az

Açar sözlər: #qatar   #taksi  

Oxunub: 438