Beyləqanda 2 maşın toqquşub - Sürücü ölüb


16:00     31 İyul 2019 qeza_yeni7.jpg

İyulun 30-da saat 11 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində rayon sakinləri Vaqif Abbasovun və H.Hüseynovun idarə etdikləri “VAZ-21015” markalı avtomobillər toqquşub.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində hər iki sürücü, habelə H.Hüseynovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, V.Abbasov orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır

Femida.az

Açar sözlər:

Oxunub: 445