Fermer kartlarının funksiyaları genişləndirilir


13:59     01 Avqust 2019 2019/08/a20e4813-7e90-42d0-993b-8db4c2b8db83_1564653331.jpg

"Yeni subsidiya sistemi çərçivəsində fermerlər heç bir bürokratik əngəllər olmadan, elektron sistem vasitəsilə müraciət edə biləcəklər".


Femida.az xəbər verir ki, bunu jurnalistlərə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

M.Əliyevin sözlərinə görə, dövlət kənd təsərrüfatının bütün sahələrini fermerlər üçün tam şəkildə əlçatan edib.

“Bu sahə tam şəkildə liberallaşdırılıb. Bu işlərin məntiqi davamı kimi, fermerlər artıq gübrələri istədikləri təchizatçıdan ala bilirlər. Ümumiyyətlə fermerlərin aqrotexniki xidmətlərə görə, istər gübrələrin, tinglərin, istərsə də toxumların alınmasına görə bazar liberallaşdırılır. Bu zaman isə həmin fermerlərin gübrə aldığı təchizatçılara 70%-lik güzəşt fermer kartı vasitəsilə ödənilir. Artıq ilin sonunda fermerlərə yeni fermer kartlarının paylanmasına da başlanılacaq. Bu subsidiyaların alınması üçün fermerlərə hazırlanan xüsusi bank kartlarıdır. Kartlar vasitəsilə fermerlər bir çox funksiyaları gerçəkləşdirə biləcəklər. İndiki kartlarda tam məbləği nağdlaşdırmaq olur. Yeni kartlarda isə həm nağdlaşdırma, həm də nağdsız ödənişlər var. Kartlarda 25% hissə nağdlaşdırılır, 75% hissə isə aqrotexniki xidmətlərə görə nağdsız qaydada ödəniş ediləcək. Bu isə ölkədə nağdsız ödəniş sistemlərinin inkişafına xidmət edəcək", - AKİA sədri bildirib.

Onun sözlərinə görə, bank kartları xüsusilə ölkədə geniş şəbəkəsi olan banklardan alınacaq: "Kartlar “Kapital Bank” tərəfindən təqdim olunacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 324