3 rayonda qaz kəsiləcək


09:42     02 Avqust 2019 qaz7.jpg


Bu gün saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsində - Nazim İsmayılov, Bəşir Bünyadov və Şamil Kamilov küçələrində təbii qaz təchizatı dayandırılacaq.


Bu barədə Femida.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bunda başqan, ortatəzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatana qədər Bakının Yasamal rayonunun Mətbuat və Nəriman Nərimanov prospektlərində, Abbas Mirzə Şərifzadə, Hüseyn Cavid küçələrində, Nəsimi rayonunun Cəlil Məmmədquluzadə, Salatın Əsgərova, Şamil Əzizbəyov küçələrində, Fövqəladə Hallar, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə Nazirlikləri, Dövlət Gömrük Komitəsi yerləşən ərazilərdə qaz kəsiləcək.

Femida.az

Açar sözlər: #qaz  

Oxunub: 378