Almaniya qışda Rusiya qazından imtina edə bilər
13:16 06 Avqust 2022
Almaniya 210 TVt/saat elektrik enerjisinə qənaət edə biləcəyi təqdirdə qışda Rusiyadan qaz idxalından imtina edə bilər.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Notr-Dam” universitetindən olan alman iqtisadçısı Ryudiqer Baxmanın, həmçinin Bonn Univesitenin və Münxenin “IFO” Universitetinin mütəxəssislərinin apardığı tədqiqatda deyilir.
Ekspertlər belə bir nəticəyə gəliblər ki, Almaniya məqsədinə çatmaq üçün qazla işləyən elektrik stansiyaları vasitəsilə daha az elektrik enerjisi istehsal etməli, məişət və sənaye səviyyəsində istehlakı azaldmalıdır.
Almaniya “Şimal axını” boru kəməri vasitəsilə Rusiyadan qaz almaqla bağlı çətinliklər yaşayır. İyun ayının ortalarından bu maqistral öz maksimal gücünün yalnız 40 %-i həddində (sutkalıq 67 milyon kubmetr) işləyir. Buna səbəb kimi Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarından dolayı qaz turbinlərinin təmirdən gec qaytarılması göstərilir. İyulun sonunda magistral vasitəsilə qaz nəqli 20 %-ə kimi azalıb.
Oxunub: 663
Oxşar xəbərlər
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək
- Almaniyada G7 ölkələrinin sammiti başlayıb
- Almaniyada meymunçiçəyinə 113 yoluxma qeydə alınıb
- Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
- Almaniyanın tanınmış azərbaycanlı araşdırmaçısı vəfat edib
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib
- Almaniya Ukraynaya 2 min qumbaraatan vermək niyyətindədir
- Almaniya kanslerinin Türkiyəyə səfəri başlayıb
- Almaniyada müsəlmanların məzarları naməlum şəxslər tərəfindən dağıdılıb