Xızıda yaşlı qadının 950 manatını soyublar (FOTO)
10:52 07 Avqust 2019
Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən yaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirən Bakı şəhər sakini, 37 yaşlı Anar Cəfərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan Femida.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Anar Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması da məlum olub. Polis əməkdaşları tərəfindən onun Xızı rayonu ərazisində müvəqqəti yaşadığı evə keçirilən baxış zamanı oradan 441 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 qram tiryək aşkarlanaraq götürülüb.
Faktla əlaqədar A.Cəfərov barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 388
Oxşar xəbərlər
- Xızıda yük avtomobili aşıb, xəsarət alan var
- Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- Xızıda taksi sürücülərini aldadan şəxs saxlanılıb
- Xızıda “Qrad” mərmisi tapıldı
- Xızıda polis yolda qalan sürücülərə kömək edib
- Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub
- Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var
- Xızıda dağlıq ərazidə baş verən yanğın söndürülüb
- Xızıda 2 il axtarışda olan şəxslər tutulub
- Xızıda yaşayış binasında narkotik becərən şəxs saxlanıldı