Düşmənə 100 dəfə atəş zərbəsi endirilib
14:11 10 Noyabr 2015
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.
Oxunub: 816
Oxşar xəbərlər
- Düşmənə əsir düşməmək üçün özlərini partlatdılar - 20 il ötür
- Düşmənə cavab zərbəsi: Erməni əsgəri ölümcül yaralandı
- Düşmənə güclü zərbə : 2 erməni məhv edildi
- Düşmənə 132 atəş zərbəsi endirildi
- Düşmənə 120 atəş zərbəsi endirilib
- Düşmənə 130 atəş zərbəsi endirildi
- Düşmənə 160 atəş zərbəsi endirildi
- Düşmənə 127 cavab zərbəsi endirildi
- Düşmənə ağır zərbə - Onlarla erməni öldürüldü (VİDEO)
- Düşmənə 102 atəş zərbəsi endirilib