Koçaryanın tərəfdarları etiraz aksiyası keçirdi


18:38     09 Avqust 2019 19_08_09_1565352618.jpg

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları İrəvanda etiraz aksiyası keçiriblər.


Femida.az xəbər verir ki, Ombudsman aparatının qarşısında baş tutan aksiyada Koçaryanın iki yüzə yaxın tərəfdarı iştirak edib. Etirazçılar sabiq prezidentin tezliklə həbsdən azad olunmasını tələb ediblər.
Sabiq deputat, aksiyanın təşkilatçılarından biri Qaqik Baqdasaryan Koçaryanın siyasi məhbus olduğunu və qanunsuz həbs edildiyini bildirib.

Onun sözlərinə görə, ombudsman Arman Tatoyan Koçaryanı siyasi məhbus kimi tanımalı və hüquqlarını müdafiə etməlidir. Aksiya iştirakçıları öz tələbləri yazılmış məktubu ombudsman aparatına təqdim ediblər.

Açar sözlər:

Oxunub: 519