Sumqayıtda 14 yaşlı qız itkin düşüb
20:22 09 Avqust 2019
Sumqayıt şəhərində 14 yaşlı qız itkin düşüb.
Sumqayıt şəhər, 1-ci mikrorayon, ev 8A/27, mənzil 28 ünvanında qeydiyyatda olan İsmayılova Gülbadam Nəsir qızı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 4-ü, təxminən saat 15:00 radələrində 2005-ci il təvəlludlu qızı - İsmayılova Aysun Əli qızı yaşadığı evin həyətindəki marketdən çörək almaq adı ilə evdən çıxaraq, naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
İsmayılova Aysunun əlamətləri: boyu, təxminən, 155 sm, gözlərinin rəngi qara, orta bədən quruluşlu, qarabəniz sifəti və qara rəngdə saçı var. Evdən çıxarkən əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar və ayağında ağ rəngli ayaqqabı olub.
Məlumatı olanlardan (018 ) 64-4-41-15, 050-353-05-97 nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Femida.az
Oxunub: 607
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb