“Microsoft”dan etiraf: İstifadəçiləri dinləyirik


16:18     15 Avqust 2019 19_08_15_1565870909.jpg

“Microsoft” korporasiyası “Skype” istifadəçilərinin müəyyən danışıqlarına qulaq asdığını və qeydə aldığını rəsmi olaraq etiraf edib.


Şirkət “Motherboard”ın məqaləsindən sonra istifadəçiləri dinləmə faktını təsdiqləyib.

Məqalədə bildirilirdi ki, “Microsoft” istifadəçilərin danışıqlarının səs yazılarını kənar əməkdaşlarına göndərirmiş. Bu səs yazılarının şifrələri açıldıqdan sonra tərcümə olunurmuş.

“Microsoft”dan deyiblər ki, səs yazıları bəzən mətn formatında dinlənilə bilər. Bununla belə, əlavə ediblər ki, istifadəçilərə bu cür səs yazılarını xüsusi proqram vasitəsilə silmək imkanı verilib. / oxu.az

Femida.az

Açar sözlər: #Microsoft  

Oxunub: 461