Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
13:13 16 Avqust 2019

19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.
Femida.az xəbər verir ki, bu mərhələdə vakant yer tutmuş 3 728 nəfərin iştirakı gözlənilir.
Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
Oxunub: 210
Oxşar xəbərlər
- Müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq
- Müəllim və valideynlərin nəzərinə!
- Müəllim və məktəb direktorlarına xəbərdarlıq edildi
- Müəllimlərdən pul yığan məktəb direktoru işdən kənarlaşdırıldı
- Müəllimlər üçün yekun qiymətləndirmə başa çatdı
- Müəllimlərin işə qəbulunun II turunun nəticələri açıqlanıb
- Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır
- Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb
- Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatır
- Müəllimlərin müddətli müqavilə ilə işə qəbuluna başlanılır