“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti
18:55 16 Avqust 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, müraciəti edən paytaxtın Yasamal rayon sakini Namiq Nəsibov “DOST” mərkəzinə itirilmiş pensiya kartının alınması ilə bağlı müraciət edərək, mərkəzin bu istiqamət üzrə xidmətindən faydalanıb.
Mərkəzin direktoru Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib, DOST xidmətlərindən faydalandığı üçün ona təşəkkürünü bildirib. N.Nəsibov mərkəzdə vətəndaşlara, o cümlədən ona yüksək səviyyəli xidmət göstərilməsindən məmnunluğunu ifadə edib. O, sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə “bir pəncərə”dən, operativlik və şəffaflıq, nəzakətlilik və vətəndaş rahatlığı prinsipləri əsasında təqdim edilməsi üçün belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- “DOST” İş Mərkəzi Vilyam Hacıyevə qarşı 275 min manatlıq mülki iddia qaldırıb
- Bakı sakini dostuna vinçesterlə atəş açıb
- Aygün Attar “Dostluq” ordeni ilə təltif edilib
- Putin dost olmayan ölkələrə qazın rublla satılması haqqında fərman imzalayıb
- Vaqif Məmişov “Dostluq” ordeni ilə təltif edilib
- Rusiyanı dostu sayılan keçmiş kansler insanlığa qarşı cinayətdə ittiham olunur
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dostlarının evinə qonaq gedən şəxslər 21 min manatlıq oğurluq edib
- Gəncə sakini dostunu bıçaqlayıb
- Mehriban Əliyeva: "Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!"