Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


09:57     23 Fevral 2022 22_02_23_1645595857.jpg

Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən Məharət Nuriyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Femida.az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası martın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında Ağcabədi rayonunun Kəhrizli kəndində qeydə alınıb.

Belə ki, M.Nuriyev həmkəndlisi, 1985-ci il təvəllüdlü Rahib Həsənovu odlu silahla öldürüb.

Hadisə şahidlərinin sözlərinə görə, M.Nuriyev həmkəndlisini öldürdükdən sonra rayon polis şöbəsinə gələrək təslim olub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 2918