Rusiyanı dostu sayılan keçmiş kansler insanlığa qarşı cinayətdə ittiham olunur


18:34     10 Mart 2022 22_03_10_1646921161.jpg

Almaniyanın Hannover Prokurorluğu keçmiş kansler Gerhard Şröyderin cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış edib.

Femida.az xəbər verir ki, bu barədə yerli "Badische Neuste Nachrichten" nəşri yazıb.

Bildirilib ki, o, insanlığa qarşı cinayətdə ittiham olunur. Müvafiq sənədlər artıq federal prokurorluğa yönləndirilib.

Qeyd edək ki, "Deutsche Welle"nin ("Alman dalğası") yazdığına əsasən, Almaniyanın keçmiş kansleri, Sosial-Demokrat Partiyasının ofisi ölkəsində Kremlə yaxınlığına və Rusiyanın dövlət konsernlərində fəaliyyətinə görə tənqid edilir. Məlumata görə, o, 2021-ci ildə dövlət büdcəsindən əməkdaşlara ödəmək üçün 407 min avro alıb. Həmin il onun ofisində 5 əməkdaş işləyib. Ofisin rəhbəri ayda 10 400 avro əmək haqqı alıb. G.Şröderin bütün xərcləri dövlət büdcəsindən maliyyələşir. Bundan başqa, keçmiş kansler Rusiyanın hərbi müdaxiləsində Ukraynanı tənqid edib.

Açar sözlər:

Oxunub: 396