19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür
09:34 19 Avqust 2019
Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub.
Femida.az bildirir ki, bu tarix ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib.
BMT baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 2003-cü il avqustun 19-da Bağdaddakı “Kanal Otel”də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.
Qeyd edək ki, humanitar yardım qrupları aclıqdan, müharibələrdən, cinsi ayrı-seçkilik və şiddətdən, təbii fəlakətlərdən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə, uşaqlara, təmiz suya ehtiyacı olanlara kömək əllərini uzadırlar.
Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır.
Oxunub: 825
Oxşar xəbərlər
- 19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
- 197 nəfər daimi yaşamaq üçün Azərbaycana gəldi
- 193 yeni yoluxma - 2 nəfər öldü
- 1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub
- 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb
- 190 manatlıq ödənişlər köçürüldü
- 19 şagird koronavirusa yoluxdu
- 190 manat məbləğində birdəfəlik ödənişin verilməsi yekunlaşdırılıb
- 190 manatın verilməsinə başlanıldı
- 190 manat alacaq şəxslərin siyahısı banklara göndərilib