Hrant Dink qətlində yeni DETALLAR


15:55     11 Noyabr 2015 hratn%20dinl.jpg

Hrant Dinki qətlə yetirməkdə təqsirli bilinən Engin Dinç, Ahmet İlhan Güler ve Reşat Altay barəsində yetərli dəlil tapılmadığı üçün onların həbsdən azad olunması gözlənilir.


Erməni qəzeti olan “Aqos” - un yaradıcısı Hrant Dinkin öldürülməsi ilə bağlı Türkiyə mətbuatında yeni xəbərlər yayılmaqdadır.

Belə ki, Hrant Dinki öldürməkdə təqsirli bilinən polis işçiləri, Engin Dinç, Ahmet İlhan Güler ve Reşat Altay barəsində yetərli dəlil tapılmayıb. Buna görə də həmin polis işçilərinin azadlığa buraxılması gözlənilir.

Qeyd edək ki, hər üç polis barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılmışdı və 25 il həbs cəzası tələb olunurdu.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2685