Pakistan hava məkanını Hindistan üçün bağlayır
09:53 28 Avqust 2019
Pakistanın baş naziri İmran Xan Hindistan üçün hava məkanının tam olaraq bağlanması məsələsini nəzərdən keçirir.
Bunu ölkənin elm və texnologiyalar üzrə federal naziri Favad Çoudxuri "Twitter" mikrobloqunda yazıb.
Bundan əlavə, Nazirlər Kabinetinin iclasında Hindistanın Əfqanıstanla ticarəti üçün Pakistanın quru marşrutlarından istifadəsinə tam qadağa qoymaq təklif olunub.
"Bu qərarların hüquqi rəsmiliyi baxılma mərhələsindədir...(Hindistanın baş naziri Narendra - red.) Modi başladı, biz bitirəcəyik!", - deyə Çoudxuri bildirib. / Report
Femida.az
Oxunub: 374
Oxşar xəbərlər
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb
- Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib
- Pakistanda terror aktı olub, 10 hərbçi yaralanıb
- Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
- Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib
- Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
- Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək
- Pakistanda partlayış olub, ölən və yaralananlar var
- Pakistanın yeni Baş naziri seçilib