Yevlax sakini Kür çayında boğulub


17:30     29 Avqust 2019 denizde-boguldu.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində bir nəfərin çaya düşməsi barədə məlumat daxil olub.



Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 460