Təhsil Nazirliyinə 28767 müraciət daxil olub


12:20     02 Sentyabr 2019 1442037015_trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.


Nazirlikdən Femida.az -a verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 28 767 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 918 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 849 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 077 sənəd (650 ərizə, 427 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox şagirdlərin elektron yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, müəllimlərin işə qəbulu və digər bu kimi məsələləri əhatə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 294