Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir


11:24     03 Sentyabr 2019 2019/09/15674-1567495069_1567495525.jpg

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan yerlərə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.


Peşə Təhsili üzrə Dövlət Agentliyindən Femida.az-a bildirilib ki, ikinci turun sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Sənəd qəbulu prosesinin 2-ci turunda 1-ci turda iştirak etməyən şəxslər də iştirak edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 444