Arif Yunus dindarları təhqir etdi


21:38     12 Noyabr 2015 arif%20yunus%201211.jpg

“MTN-in təkadamlıq kamerası yalnız dindarlar üçün yaxşıdır. Onlar o cür yerlərdə Allah yolu naminə əzab çəkdiklərini düşünürlər. Mən isə aliməm, daim yazmaq, oxumaq istəyirdim".


Bu sözləri məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan Arif Yunus jurnalistlərə verdiyi ilk açıqlamada deyib.

Bir dəqiqə... Necə yəni, “MTN-in təkadamlıq kamerası yalnız dindarlar üçün yaxşıdır”? “Hüquq müdafiəçisi” (!) bununla nə demək istəyib? Yəni dindarlar başqa yerdə olanda Allah yolunda çalışa bilmirlər?

“Mən isə aliməm, daim yazmaq, oxumaq istəyirdim” sözlərilə isə Arif Yunus dindarları daha da pis şəkildə aşağılayıb. Belə ki, bu cümlə dolayısı ilə dindarların yazıb-oxumaq istəmədikləri mənasına gəlir. Yəni cənab Yunus alimdir, onu bisavad dindarlara layiq olan yerə salmaqla hakimiyyət düz eləməyib – demək istədiyi budur.

Bu sözlər hara yozulsa da, dindarlar üçün çox ağır təhqirdir. Guya işi insan hüquqlarını müdafiə etmək olan şəxsin belə deməsi xüsusilə dəhşətdir. Razılaşın ki, damarında azərbaycanlı qanı axan biri heç vaxt bu sözləri deməzdi...

Göründüyü kimi, verdiyi ilk açıqlamadaca Arif Yunus gerçək mahiyyətini bir daha ortaya qoydu. Yaxşı olar ki, bundan sonra danışmasın, çünki biz əminik: o, danışdıqca daha çox batacaq!

Açar sözlər:

Oxunub: 1229