Arif Məmmədov diplomatik rütbəsindən məhrum edildi - Rəsmi


21:56     13 Noyabr 2015 arif%20memmedov.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin"

Açar sözlər:

Oxunub: 1378