Arif Əsgərovun baldızı oğlu azadlığa buraxıldı


16:02     07 Aprel 2017 arif%20esgerov.jpg

Səbail Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə verilən vəsatətə baxılıb.


Femida.az-ın məlumatına görə, məhkəmə vəsatəti təmin edib. E. Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, E. Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. İttihama əsasən, E. Hüseynov dələduzluq etdikdən sonra ölkədən qaçıb. Onun barəsində İnterpol xətti ilə axtarış elan olunub və o, 2016-cı ildə Qazaxıstanda həbs olunub.

E. Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 2110