Sumqayıtda keçmiş məhkumdan “beşbarmaq” götürülüb


13:14     04 Sentyabr 2019 2019/09/42fcc2f6-2eb1-4939-acc8-f513a10f4a04_1567588221.jpg

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və 1 ədəd “beşbarmaq” aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 886