Camal Qaşıqçı qətli ilə bağlı ortaya yeni səs yazıları çıxıb


15:23     09 Sentyabr 2019 2018/10/cemal-kasikci-suidi-arabistan-istan-o88u_cover_1539934176.jpg


Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı yeni detallar və sas yazıları ortaya çıxıb. Virtualaz.org Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, səs yazılarında “qurbanlıq heyvan gəldimi?”, “bədən torbaya sığarmı?” kimi ifadələr diqqət çəkir.


Cinayəti icra edən Tubeyki onu qoruyacaq bir adamın olmadığını bildirir və qeyd edir ki, cəsədin parçalara ayrılmasının onun üzərində qalmaması üçün qorunmalıdır. Cinayət qrupunun lideri Mutreb məhkəmədəki ifadəsində Camal Qaşıqçını öldürüb, konsulluğun həyətində başdırmağı düşündüyünü bildirib. Lakin sonra onun cəsədinin tapılma ehtimalının olduğunu düşündüyünü və onu parçalara ayıraraq konsulluğun binasından çıxarmaq əmrini verdiyini etiraf edib.

Mənbə yazır ki, Qaşıqçı konsulluğa girərkən səsini tanıdğı bir şəxs tərəfindən qarşılanıb. Ona baş konsulun içəridə olduğunu deyiblər. Konsulluğun ikinci mərtəbəsində əvvəlcə hörmətlə qarşılanıb. Lakin şübhələndiyində qolundan dartıblar. Bu zaman isə “Burax, nə edirsən?” deyib. Ona bildiriblər ki, haqqında Interpol tərəfindən saxlanma əmri var. Buna görə də Riyada geri qaytarılacaq. Lakin Qaşıqçı onunla bağlı hər hansı məhkəmə işinin olmadığını, nişanlısının onu konsulluğun həyətində gözlədiyini deyib. Cinayətdə iştirak edən şəxslərin arasındakı dialoq bu cür olub:

Mutreb: Bunu bütöv şəkildə torbaya qoymaq mümkündürmü?

Tubeyki: "Xeyr. Çox ağırdır və çox hündürdür. Əslində həmişə meyitlərlə işləmişəm. Kəsməyi bilirəm, lakin heç vaxt isti bədəndə işləməmişəm. Yenə də narahat olmayın, asanlıqla həll edəcəm. Sonra bir çantaya, çamadanlara qoyub çıxardın”.

On dəqiqəlik bu söhbətlərdən sonra aşağıdakı dialoqlar baş tutub:

Mutreb: Oğlunuza bir mesaj yollayın.

Qaşıqçı: Oğluma nə deməliyəm?

Mutreb: Son bir mesaj yazın, amma bizə göstərin.

Qaşıqçı: Bir konsulluqda bunlar necə baş verə bilər? Mən heç nə yazmayacağam.

Dialoqun sonunda Camal Qaşıqçı “Ağzımı bağlamayın. Astmam var. Məni boğacaqsınız” sözlərini deyib.

Qeyd edək, bütün bunlar Camal Qaşıqçının qolundakı saat vasitəsilə qeydə alınıb.

Səs yazılarında bunun ardından boğuşma səsləri gəlib. Onun ölümündən sonrakı parçalara ayrılma hissəsinin səsləri də qeydə alınıb. 13:39-da elektron mişar səsi eşidilməyə başlanıb. Bu vəhşi proses yarım saat davam edib.

Qeyd edək ki, Camal Qaşıqçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb və onun cəsədi hissələrə bölünərək 5 kisəyə doldurulub, konsulluğun binasından çıxarılıb. O, konsulluqda öldürülməzdən 3 gün əvvəl verdiyi müsahibədə Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlərin həbs olunduğunu deyib. Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf edib. / virtualaz.org

Femida.az

Açar sözlər:

Oxunub: 683