Ramil Usubovdan yeni rəis təyinatları


16:47     13 Noyabr 2015 ramil10.jpg

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.


Femida.az xəbər verir ki, nazir Ramil Usubovun müvafiq əmri ilə Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən azad edilərək Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev Neftçala rayon Polis şöbəsinin rəis gətirilib.

Bundan başqa Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov da pensiya yaşına çatdığına görə, daxili işlər orqanlarından xaric edilib.

Açar sözlər:

Oxunub: 929