Elmar Məmmədyarov mühüm görüşlər keçirəcək


17:21     15 Sentyabr 2019 elmar_memmedyarov_04.jpg

Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfərə, ardınca İtaliya Respublikası və Macarıstana işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, səfərlər çərçivəsində E. Məmmədyarovun qarşı tərəfin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi, həmçinin Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) xarici işlər nazirlərinin görüşündə və TDƏŞ Nümayəndəliyi Ofisinin açılışında iştirakı nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 434