Külli miqdarda narkotik dövriyyədən çıxarılıb


12:11     28 Sentyabr 2019 19_09_28_1569657792.jpg

Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana aşkar edlib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evdən isə əlavə olaraq 4 kiloqram 335 qram marixuana götürülüb.

Sumqayıt ŞPİ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İnşaatçılar qəsəbə sakini R.Qəmbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 441