AQTA rəsmisindən jurnalistlərə müraciət
17:04 28 Sentyabr 2019
Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində son zamanlar aidiyyəti qurumlarla birgə həyata keçirilən məqsədyönlü fəaliyyət, o cümlədən əməliyyat xarakterli tədbirlər öz müsbət nəticəsini verməklə yanaşı ictimaiyyətin geniş diqqət və marağına səbəb olmuşdur. Bu vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən və kütləvi informasiya vasitələrindən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan çoxsaylı müraciətlərdə də öz əksini tapır.
Femida.az xəbər verir ki, bu sözləri qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib. O, təəssüflə qeyd edib ki, əhalinin bu sahəyə olan diqqət və marağından sui istifadə edən bəzi “ekspertlər” və yaxud özünü cəmiyyətə bu sahədə “mütəxəssis” kimi sırımağa çalışan şəxslər qida təhlükəsizliyi kimi son dərəcə ciddi mövzuya məsuliyyətsiz yanaşmaqla, sərsəm bəyənatlar yayır, vətəndaşların göstərdiyi diqqət və maraq dairəsinə daxil olmaq üçün uğursuz cəhdlər göstərirlər.
"Unutmaq olmaz ki, əhalinin təhlükəsiz qida ilə təmin olunması, gələcək nəsillərin sağlamlığı kimi vacib məsələləri özündə ehtiva etdirən qida təhlükəsizliyi mövzusunda yalnız bu sahədə ali təhsili, elmi təcrübəsi, eləcə də xüsusi bilik və bacarıqlara malik şəxslər məşğul olmalı, yaxud ekpert qismində çıxış etməlidir. Xüsusən də, bu cür məsələlərdə kütləvi informasiya vasitələri diqqətli olmalı, mövzunun həssaslığını nəzərə alaraq təsadüfi insanlara meydan yaratmamalıdırlar.
Çünki yayılan hər hansı əsassız bir fikir və yalnış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxara bilər.
Bir daha media nümayəndələrini-dəyərli həmkarlarımı və ictimai maraqları müdafiə edən sosial şəbəkə istifadəçilərini bu cür həssas məsələlərə diqqətlə yanaşmağa və öz vətəndaş mövqeyini ortaya qoymaqla əhalinin qida təhlüksəizliyinin təmin olunması kimi vacib prosesdə obyektiv iştiraka dəvət edirəm".
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
- AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
- AQTA 9 dönərxanada nöqsanlar aşkarlayıb
- AQTA-nın keçmiş vəzifəli əməkdaşına hökm oxunub
- AQTA kütləvi zəhərlənmə məlumatı ilə bağlı açıqlama verib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA sədri fitosanitar qaydalara əməl etməyən sahibkarlara müraciət edib