Arif Hacılı yenidən Müsavat başqanlığına namizədliyini irəli sürüb


16:14     30 Sentyabr 2019 19_09_30_1569845713.jpg

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı yenidən başqanlığa namizədliyini irəli sürüb. Femida.az -ın xəbərinə görə, bu barədə Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb.


O bildirib ki, sabahdan seçki kampaniyasına başlayır: “Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq”.

A.Hacılı qeyd edib ki, Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq.

Arif Hacılının namizədliyini irəli sürməsi ilə Müsavat başqanlığına namizədlərin sayı 3-ə çatıb.

Yadigar Sadıqlı və Tofiq Yaqublu da rəsmi olaraq Müsavat başqanlığına namizədliklərini irəli sürüblər.

Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 506