Bacı məhbus qardaşına görə "ilişdi"
11:21 01 Oktyabr 2019
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 318.1; 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Loğman Ağalar oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı İmişli rayon sakini Əliyeva Nərminə Bəhmən qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman saçına bağladığı qara rəngli parçanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 1.875 qram narkotik maddə - heroin aşkar edilib.
Digər fakt üzrə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əsədov Ceyhun Nəriman oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əsədzadə Əmiş Nəriman oğlu tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0.389 qram narkotik maddə - marixuana aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1815
Oxşar xəbərlər
- Bacısını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
- Bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Bacısını öldürüb, onun sevgilisini bıçaqlayana 17 il verildi
- Bacısını öldürən və onun sevgilisini bıçaqlayan şəxsin məhkəməsi başlayır
- Bacı-qardaş Kürdə batdı, FHN dalğıcları onları axtarır
- Bacısını öldürən şəxsə 9 il "iş kəsildi"
- Bacısının doğum günündə şəhid oldu - REPORTAJ
- Bacısını öldürən qardaşın işi məhkəmədə
- Bacısına görə təhsilini yarımçıq qoydu, anasının doğulduğu torpağı azad etdi - BİR ŞƏHİDİN HEKAYƏTİ
- Bacısını kanalda boğaraq qətlə yetirən şəxs həbs olundu