İlk gecə reyslərində 108 sərnişin daşınıb


10:26     02 Oktyabr 2019 19_10_02_1569997677.jpg

Oktyabrın 1-də rayonlar istiqamətində ilk gecə reyslərində 108 sərnişin daşınıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Femida.az -a bildirib ki, ötən gün saat 22:00-da Gəncə, 23:00-da "Qırmızı Körpü", 00:00-da Gəncə istiqamətinə ilk gecə reysləri yola salınıb.

“İlk gün olmasına baxmayaraq, sərnişin tələbatı var idi. İlk reyslə Gəncə istiqamətinə 31, "Qırmızı Körpü" istiqamətinə 36, 00:00-da olan Gəncə reysində isə 41 sərnişin yola salınıb”.

Açar sözlər:

Oxunub: 373