İlkin Süleymanovun məhkəmə prossesi təxirə salınıb
20:12 11 Fevral 2022
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun Cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə iclası təxirə salınıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxsin müdafiəçilərindən ikisi bəzi səbəblərdən məhkəməyə gəlməyib.
Məhkəmənin növbəti iclası fevralın 16-sına keçirilib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Oxunub: 480
Oxşar xəbərlər
- İlkin Süleymanovun məhkəməsində onun daha bir təcridxana yoldaşı ifadə verib
- İlkin Süleymanovun məhkəməsində növbəti şahidlər ifadə verib
- İlkin Süleymanovun əmisi oğlu, keçmiş polis əməkdaşı məhkəmədə dindirilib
- İlkin Süleymanovun əmisi oğlu məhkəmədə ifadə verib
- İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
- İlkin Süleymanovun məhkəməsində Nərmin Quliyevanın əmisi ifadə verib
- İlkin Süleymanov 3 dil bilib, heç vaxt evlənməyib, Nərminin atasının sinif yoldaşı olub - İstintaq materialından DETALLAR