İmişlidə traktorla motosiklet toqquşdu: sürücü öldü


12:07     02 Oktyabr 2019 19_10_02_1570003667.jpg

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayonunun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlu idarə etdiyi traktorla İmişli-Qaravəlli-Mirili avtomobil yolu ilə hərəkətdə olarkən həmyerlisi, rayonun Yalavac kənd sakini, 1991-ci il təvəllüdlü Səmədov Samir Ağalar oğlunun idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə, motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./ oxu.az

Femida.az

Açar sözlər:

Oxunub: 400