İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var


09:47     07 Mart 2022 22_03_07_1646630179.jpg

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İmişlli-Bəhramtəpə yolunda qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Hadisə zamanı Beyləqan rayon sakinləri - 1991-ci il təvəllüdlü Quliyev Cavid Elxan oğlu və 1992-ci il təvəllüdlü Həsənli Kamal Əhliman oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 485