İmişlidə avtomobil su kanalına düşüb, ölən var


13:58     04 Mart 2022 22_03_04_1646378674.jpg

İmişlidə avtomobil su kanalına aşıb, bir nəfər ölüb

Femida.az -ın məlumatına görə, hadisə bu gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabadrayon sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğlu idarə etdiyi “ Mercedes” markalı avtomobillə hərəkətdə olarkənanidən idarə etməni itirib və avtomobil yoldan çıxaraq yaxınlıqdakı su kanalına düşüb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 606