Gürcüstanda NATO günləri keçirilir
09:15 03 Oktyabr 2019
Gürcüstanda NATO günləri keçirilir.
Oktyabrın sonuna qədər davam edəcək NATO günləri çərçivəsində Gürcüstanın 10 müxtəlif bölgəsində 70 tədbirin keçirilməsi planlaşdırılıb. NATO günlərinin ilk tədbiri kimi NATO Baş katibinin müavini Rouz Qotemöllerin (Rose Gottmoyler) Qərbi Gürcüstanın ali təhsil müəssisələrinin tələbələri ilə görüşü planlaşdırılıb.
Səfər çərçivəsində NATO - Gürcüstan Komissiyasının görüşü də təşkil ediləcək.
NATO Baş katibinin müavini R. Qotemöllerin Gürcüstan Prezidenti, Baş Nazir, parlamentin sədri və digər hökumət nümayəndələri ilə ikitərəfli görüşləri planlaşdırılır.
Səfər çərçivəsində baş tutacaq görüşlərdə NATO-Gürcüstan siyasi dialoqunun və praktiki əməkdaşlığının dərinləşdirilməsi, Gürcüstanın NATO-ya qəbul edilməsi və Qara dənizin təhlükəsizliyinin gücləndirilməsi məsələlərinin müzakirə ediləcəyi bildirilib.
Qeyd edək ki, bu gün Gürcüstan hökumətinin dəvəti ilə NATO nümayəndə heyəti Gürcüstana səfər edəcək.
Nümayəndə heyətinə alyansa 29 üzv ölkənin daimi nümayəndələri və NATO Baş katibinin müavini Rouz Qotemöller daxildir.
Femida.az
Oxunub: 321
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var