Bakıda iki kişi meyiti tapıldı


12:04     03 Oktyabr 2019 meyit222.jpg

Bakıda iki kişi meyiti tapılıb.


Femida.az Report-a istinadən xəbər verir ki, Nizami rayonu Keşlə qəsəbəsində Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Kərəm Əhmədovun, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində isə ruhi xəstə, 1964-cü il təvəllüdlü Azər Kərimovun meyitləri aşkar edilib.

Hər iki şəxsin meyitinin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər: #Naxçıvan   #Qaraçuxur   #Keşlə   #Meyit  

Oxunub: 484