AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
18:55 09 Fevral 2022
Azərbaycan Hava Yolları" QSC (AZAL) sosial şəbəkələrdə müxtəlif turizm agentliklərinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabilet satması barədə məlumatlarla bağlı sərnişinlərə müraciət edib.
Femida.az xəbər verir ki, müraciətdə fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlərin üç yolla əldə edilə bilməsi qeyd olunub:
- Aviaşirkətin www.azal.az rəsmi saytı vasitəsilə;
- Aviaşirkətin Bakı şəhərində (Nizami küçəsi, 126A), eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən mərkəzi satış ofisinə yaxınlaşmaqla;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən satış ofislərinə yaxınlaşmaqla.
Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.
Həmin istiqamət üzrə aviabiletin dəyərini Tarif (Qiymət) Şurası müəyyən edib və vətəndaşlar üçün bir istiqamətdə 50 manat, xarici vətəndaşlar üçün bir istiqamətdə 70 manat təşkil edir. 12 yaşınadək uşaqlar, tələbələr və I və II qrup əlillər üçün güzəşt tətbiq olunmaqla qiymət 40 manat təşkil edir, iki yaşadək uşaqlar üçün aviabilet ödənişsizdir.
"AZAL turizm şirkətləri və yaxud fərdi şəxslərin yol verdiyi bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", - deyə aviaşirkət bəyan edib.
Oxunub: 708
Oxşar xəbərlər
- AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- AZAL: "Bakı-Moskva reysləri bərpa edilmir"
- AZAL və törəmə şirkəti ötən 2 ayda 220 minə yaxın sərnişin daşıyıb
- AZAL Rumıniyaya təyyarə göndərib
- AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişib
- AZAL Almatıya reyslərini ləğv edir
- AZAL Moskvanın daha bir beynəlxalq hava limanına uçuşlar yerinə yetirəcək
- AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq
- AZAL Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb