Bakıda ağır qəza - 11 nəfər xəsarət aldı


10:05     07 Oktyabr 2019 2019/10/82d78bba-bd9f-492d-a083-30c3212e7a64_1570428411.jpg


Bakıda ağır yol qəzası baş verib.

Hadisə səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib: "İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".

Femida.az

Açar sözlər: #qəza  

Oxunub: 384