Keçmiş əməlindən nəticə çıxartmadı - Daha bir evi soydu


11:23     07 Oktyabr 2019 ogurluq.jpg

Bakıda oğurluq faktının üstü açılıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Əlikram Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Oğurluq  

Oxunub: 353