AFFA bir neçə klubu cəzalandırıb


15:15     08 Oktyabr 2019 2019/10/645d9-1570531195_1570533464.jpg

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Femida.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının VII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi” – “Səbail” oyununda hər iki komandanın 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün klublar 800 manat cərimələnib.

“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaqların futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 543